“Dünya Ürək Günü” münasibətilə Azərbaycan Tibb Universitetində seminar keçirilmişdir
“Dünya Ürək Günü” münasibətilə Bakıda Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin təşəbbüsü ilə silsilə tədbirlər keçirilir.
Sentyabrın 24-də Azərbaycan Tibb Universitetində tələbələr üçün seminar keçirilmişdir.
Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri Kamran Musayev “Dünya Ürək Günü” haqqında məlumat verərək bildirmişdir ki, artıq 10 ildir ki, əlamətdar gün Dünya Ürək Federasiyası tərəfindən dünyanın 200-dən artıq ölkəsində qeyd edilir.
Azərbaycanda dövlət tərəfindən səhiyyə sahəsinə göstərilən diqqət və qayğıdan danışan K.Musayev tibbin hər sahəsində, o cümlədən kardiologiyada sürətli inkişafın müşahidə olunduğunu vurğulamışdır.
Kardioloq aorta koronar şuntlama, ümumi kardiologiya, ürək qüsurlarının müalicəsi, aorta cərrahiyyəsi və digər mövzulara dair məruzə ilə çıxış etmişdir.



