Baş səhifə | YENİLİKLƏR | Təlim və seminarlar
AZ - EN

Növbəti seminar Dövlət Gömrük Komitəsinin Mərkəzi Hospitalında keçirildi

image

Yanvarın 21-də Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti və Azərbaycan Kardiologiya Cəmiyyəti növbəti ortaq aylıq elmi seminarını təşkil etdi.

Paytaxtda fəaliyyət göstərən müxtəlif xəstəxanalarla əməkdaşlığı genişləndirmək məqsədilə seminarlar ayrı-ayrı tibb ocaqlarında keçirilir. Bu dəfəki seminar Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) Mərkəzi Hospitalında baş tutdu. Ayrı-ayrı tibb müəssisələrində çalışan 50-dən artıq kardioloq və ürək-damar cərrahının iştirak etdiyi seminarı Hospitalın baş həkimi t.e.n. Qulam Rüstəmzadə açaraq Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti və Azərbaycan Kardiologiya Cəmiyyətinə bu seminarı təşkil etdiklərinə görə təşəkkür etdi və seminarın əhəmiyyətini qeyd etdi. Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri t.e.n. Kamran Musayev və Azərbaycan Kardiologiya Cəmiyyətinin sədrinin müavini t.e.n. Firdovsi İrbahimov çıxış edərək seminar iştirakçılarını salamladılar, Dövlət Gömrük Komitəsinin (DGK) Mərkəzi Hospitalının rəhbərliyinə yaradılan şəraitə görə təşəkkür etdilər və bu cür seminarların bundan sonra da digər xəstəxanalarda davam etdiriləcəyini bildirdilər.

Daha sonra seminar Dövlət Gömrük Komitəsinin (DGK) Mərkəzi Hospitalının kardioloqu Ülvi Mirzəyevin çıxışı ilə davam etdirildi. Ülvi Mirzəyev “Geniş QRS kompleksli taxikardiyalar” mövzusunda məlumat verdi. Bu xəstəliyin müalicəsində əldə olunan son yenilikləri seminar iştirakçılarına çatdırdı.

Sonra Mərkəzi Klinik Xəstəxananın həkim kardioloq-aritmoloqu Fərid Əliyev çıxış etdi. Fərid Əliyevin çıxışı müasir dövrdə çox tez-tez rastlanan və aktual bir problemin həllinə həsr olunmuşdu. “Gənclərdə və idmançılarda qəfil ölüm” mövzusu ilə məruzə edən həkimin çıxışı böyük maraqla dinlənildi.

Seminar Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri, Mərkəzi Klinik Xəstəxananın baş həkimi, t.e.n. Kamran Musayevin çıxışı ilə davam etdi. “Səyrici aritmiyanın radiofrekans ablasiya yolu ilə müalicəsi” mövzusunda məruzə edən Kamran Musayev bu xəstəliyin müalicəsində tətbiq etdikləri yeni cərrahi üsul və metodlar barədə seminar iştirakçılarını məlumatlandırdı.

Daha sonra seminar interaktiv formada davam etdirildi və iştirakçıları maraqlandıran suallar cavablandırıldı.


Bookmark and Share
 

The site of President of Azerbaijan Republic