Baş səhifə | YENİLİKLƏR | AÜDCC xəbərləri
AZ - EN

Kardiologiya və ürək-damar cərrahiyyəsi üzrə elmi-praktiki konfrans keçiriləcək

image

7-10 iyun 2012-ci il tarixdə İstanbulda dünya şöhrətli alim, professor Sir Maqdi Yakubun şərəfinə kardiologiya və ürək-damar cərrahiyyəsi üzrə elmi-praktiki konfrans keçiriləcək.

Konfrans kardiologiya və ürək-damar cərrahiyyəsi sahəsində çalışan mütəxəssislərin elmin son yenilikləri ilə tanış olmasına, transplantasiya sahəsində əldə olunmuş nailiyyətlər ətrafında fikir mübadiləsi aparmalarına şərait yaradacaq.

Türkiyə Ürək xəstəlikləri və ürək-damar transplantasiyası Fondunun təşkilatçılığı ilə keçirilən Konfransda dünyanın müxtəlif ölkələrindən kardioloq və kardio-cərrahlar iştirak edəcək. Konfransın Təşkilat Komitəsinin üzvləri və əsas çıxışçıları kardiologiya və ürək-damar cərrahiyyəsinin dünya şöhrətli mütəxəssislərindən seçilib. Onların arasında Mərkəzi Klinik Xəstəxananın Baş həkimi, Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri, tibb elmləri namizədi Dr. Kamran Kazımoğlu Musayev də yer alıb.

Konfransa Çikaqo Universitetinin professoru, Maqdi Yakub Araşdırma İnstitutunun təsisçisi və rəhbəri professor Dr. Sir Maqdi Yakubla yanaşı, Miçiqan Universitetinin professoru Dr. Əsgər Xaqani, ABŞ-ın Mayo Klinikasının professoru Dr. Riçard Deyli, Nyukasl Universitetinin professoru Dr. Con Dark, Monako Ürək-Damar Mərkəzinin professoru Dr. Cills Dreyfus, Barselona Universitetinin ürək-damar cərrahiyyəsi mütəxəssisi Dr. Karlos Mestres, Qahirə Universitetinin professoru Dr. Əl Sayid Kamal Akl, Praqa Transplantasiya Mərkəzinin rəhbəri Dr. Yaroslav Spatenka, Roma Bio-tibbi Mərkəzinin professoru Dr. Françesko Musumeçi, Suriyanın Əl Bassel Ürək İnstitutunun direktoru Dr. Məcid Otman və digər ürək-damar cərrahiyyəsi və ürək transplantasiyası sahəsində dünyanın ən məşhur mütəxəssisləri də qatılacaq.

Konfransda iştirak etmək istəyən Azərbaycanlı mütəxəssislər aşağıdakı linkə daxil olaraq ətraflı məlumat ala bilər.

http://wmccs-istanbul.org/index.html

Bookmark and Share
 

The site of President of Azerbaijan Republic