18 iyun tarixində K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin növbəti seminarı keçirilib.
Azərbaycanın aparıcı səhiyyə müəssisəsinin - Mərkəzi Klinik Xəstəxananın baş həkimi, Azərbaycan Ürək-Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri, tibb elmləri namizədi Kamran Musayev Amerika Ürək Cərrahiyyəsi Cəmiyyətinin (The Society of Thoracic Surgeons) həqiqi üzvü seçilmişdir.
Yanvarın 23-də Rusiya Elmlər Akademiyasının akademiki, Moskvadakı A.L.Myasnikov adına Klinik Kardiologiya İnstitutunun Ürək-Damar Cərrahiyyəsi şöbəsinin müdiri, məşhur kardiocərrah Renat S. Akçurin Mərkəzi Klinik Xəstəxananı ziyarət etmişdir.